Prezident onlara xüsusi rütbələr verdi

Prezident onlara xüsusi rütbələr verdi
  01 Oktyabr 2015    Oxunub:8564
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Prokurorluğun adı aşağıda çəkilən əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Rəcəbov Nazim Hafiz oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi

Abbasov Elşən Akif oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

Məcidov Ramil Abbas oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

Məmmədov Anar Rəhim oğlu –Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi.

AzVision.az


Teqlər:



Xəbər lenti