2014-Futbol çempionatına qarşı etiraz

  17 İyun 2013    Oxunub : 537
2014-Futbol çempionatına qarşı etiraz
Braziliyada 2014-cü il futbol çempionatına qarşı etiraz aksiyası keçirilib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, aksiya iştirakçıları bildiriblər ki, çempionat baha başa gəldiyi üçün onun ölkədə keçirilməsi büdcəyə ziyan vuracaq.

Aksiya Rio de-Janeyro şəhərindəki Marakana stadionu yaxınlığında baş verib. Polislə etirazçılar arasında toqquşma baş verib. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etiraz iyunun 16-da açılış oyunundan əvvəl başlanıb və sonra metro stansiyasınadək yayılıb. Etiraza 600 nəfər qoşulub. Onlar avtobus üçün gedişhaqqının qalxmasına və dövlət büdcəsinin futbol çempionatına istifadə olunmasına qarşı çıxıb.

AzVision.az

Teqlər: