Sumqayıt Bakını qabaqladı- İlk dəfə
"Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili marşrutların (1dən – 35-ə qədər) hamısında QR Code quraşdılacaq. QR Code hazırda ən geniş və sürətlə yayılan informasiya daşıyıcı növüdür. Bu ciplər vasitəsiylə istənilən sərnişin qarşılaşdığı neqativ hallarla baglı Sumqayıt regional şöbəsinin məlumat mərkəzinə avtomatik məlumat öturəcək. Əgər sürücü iş zamanı sərnişinlərlə kobud rəftar edərsə, mobil telefonla danışarsa, siqaret çəkərsə, avtomobili yüksək surətlə idarə edərsə dərhal məlumat mərkəzinə informasiya gondəriləcək. Məlumat mərkəzində daxil olan informasiya təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək. Bunun üçün sərnişin mobil telefonuna xususi proqram yukləməlidir. Proqram Android tipli telefonlar tərəfindən dəstəklənir. Yeni sistemin yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək və yeniliyin mahiyyəti barədə ictimaiyyət məlumatlandırılacaq.”
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sumqayıtda artıq istifadəyə yararsız, kiçik tutumlu mikroavtobusların yığışdırılmasına başlanılıb. Bundan sonra Sumqayıtda sərnişindaşıma ilə məşğul olan nəqliyyat sistemində daha rahat və sərnişinlərin ürəyincə olacaq avtobuslar istifadəyə veriləcək.
Anar Kəlbiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


