Əli Kərimlinin müşavirinə cinayət işi açıldı

Əli Kərimlinin müşavirinə cinayət işi açıldı
  01 Oktyabr 2015    Oxunub:4284
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, M. Quliyev döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib:

“Şikayətə görə, Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb və 48 saatlıq həbs verilib. Yəqin ki, iş məhkəmə müstəvisində həll olunacaq”.

Qeyd edək ki, 29 sentyabr axşam saatlarında AXCP sədrinin müşaviri Məmməd İbrahim AXCP EQTK-nin Nәrimanov rayon tәşkilatının üzvünü döyüb.(Femida.az)




Teqlər:



Xəbər lenti