Avtovağzalın yanında tıxac var

Avtovağzalın yanında tıxac var
  01 Oktyabr 2015    Oxunub:2075
Bakı-Sumqayıt (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığı, Sumqayıt şəhəri istiqamətində) şossesində tıxac yaranıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az - a verilən məlumata görə, sözügedən yolda sıxlıq piyada keçidinin tikintisi ilə əlaqədar olaraq yaranıb.

Tikinti işlərini aparan "Körpü-Bina-Tikinti" MMC tərəfindən verilən məlumata əsasən, piyada keçidinin tikintisi zamanı yolun bəzi zolaqları qısa müddət ərzində bağlı olacaq.

Tikinti işləri 2 ay davam edəcək. Sürücülərə alternativ olaraq Binəqədi şossesi və Rəşid İsmayılov küçələrindən istifadə etmələri tövsiyə olunur.


Teqlər:





Xəbər lenti