Suriya Böyük səkkizliyin sammitində - VİDEO

Suriya Böyük səkkizliyin sammitində - VİDEO
  17 İyun 2013    Oxunub:1140
Böyük səkkizliyin liderləri Şimali İrlandiyada başlayan görüşü Suriya məsələsi ilə başlayıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Britaniyanın baş naziri Devid Kemeron və Rusiya prezidenti Vladimir Putin bildiriblər ki, Suriya sammitin əsas mövzusudur. Onların hər biri ayrılıqda ABŞ prezidenti Barak Obama ilə danışıqlar aparacaq. Qeyd edək ki, Obama Suriya üsyançılarını silahla təmin edəcəyini söyləmişdi.

Kemeronun sözlərinə görə, görüşdə iqtisadi məsələlərə də toxunulacaq. Sammitin gündəliyində duran məsələlərdən biri də Avropa Birliyi ilə ABŞ arasında azad ticarət razılaşması əldə etmək və vergidə şəffaflığa nail olmaqdır.

Böyük səkkizliyin 39-cu sammiti iyunun 17-18-də Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, ABŞ və Böyük Britaniya dövlətlərinin iştirakı ilə keçiriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti