Dayanmayın, yalnız irəli! – Məşhurların bizə təbriki

Dayanmayın, yalnız irəli! – Məşhurların bizə təbriki
  01 Oktyabr 2015    Oxunub:3666
Ad günü münasibəti ilə AzVision.az-ın ünvanına təbriklər gəlməkdə davam edir. Onlardan bəzilərini təqdim edirik:

Ölkənin tanınan, sevilib-seçilən simaları 3 yaşını qeyd edən AzVision.az-a gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Xalq yazıçısı, “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev AzVision.az-ı ad günü münasibəti ilə təbrik edib:

- AzVision.az-çıları təbrik edirəm. Arzu edirəm ki, 3 yaşınız 20, 25, 50 və 100 olsun. İnanmıram ki, mən AzVision.az-ın 100 yaşını görəm. Heç olmasa sizin 50 yaşınızı özüm təbrik etmək istəyirəm. Bird aha təbriklər. Uğurlar.

***

Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Alim Qasımov da bu gün 3 yaşı tamam olan AzVision.az-ı ad günü münasibəti ilə təbrik edib və uğurlar arzulayıb:

”Mən də AzVision.az-ı ad günü münasibəti ilə ürəkdən təbrik edirəm. Gördüyünüz işləriniz hər zaman olduğu kimi bundan sonra da həm dövlətimizə, həm də millətimizə xeyir gətirsin.

Sizə uzun ömür arzulayıram. İnşallah 100 yaşınızı qeyd edəsiniz. Ugurlarınız bol olsun.”

***

Əməkdar artist, tanınmış şoumen Murad Dadaşov:

-Bu gün 3 yaşı tamam olan AzVision.az-ı ad günü münasibəti ilə təbrik edirəm. Maraqlı və fərqli baxış tərzindən yanaşaraq yazdığınız yazılara görə sizə minnətdaram.

Hər birinizə can sağlığı arzu edirəm. Bu müasir dünyada, informasiyalı mühitdə oxucularınızın sayı sürətlə artsın. Çoxdilli və çoxşaxəli olasınız. Uğurlarınız bol olsun.
Dayanmayın. Yalnız irəli!

Tanınmış şair Baba Vəziroğlu:

- Ad gününüz mübarək. AzVision.az-a bizim arzuladıqlarımızı arzulayır. Deyir, insan ən gözəl şeyləri özünə arzulayır. Mən də sizə özünüzə nə arzulayırsınızsa mən də onu arzulayıram və uğurlar diləyirəm.

AzVision.az


Teqlər:  



Xəbər lenti