Nazirliklər də AzVision.az-ı təbrik etdi

Nazirliklər də AzVision.az-ı təbrik etdi
  01 Oktyabr 2015    Oxunub:7090
Ad günü münasibətilə saytımıza təbrik dolu mesajlar gəlir. Nazirliklərin mətbuat xidmətləri də bu münasibətlə bizləri təbrik ediblər.



"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az -ın 3 illik fəaliyyəti dövründə tən yarısını yaxından izlədiyini deyir. Heç demə sadəcə biz yox, Nəsimi Paşayev də hesab edir ki, internet xəbərçilik məkanında bu qısa zamanda öz sözümüzü demişik, inanırıq ki, bundan sonra da deyəcəyik. QSC rəsmisi inanır ki, bütün oxucular da onun kimi düşünür. N. Paşayev 3 rəqəminin yanında ən az 1 sıfırı da görmək arzusuyla bütün kollektivimizi səmimi qəlbdən təbrik edir. Qələm istifadə etmədiyimizdən klaviyaturamıza dözümlü, sözümüzün kəsərli olmasını diləyir.



Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Əmirov da bu gün böyük mətbuat ailəsində 3 yaşını qeyd edən AzVision.az saytını bu münasibətilə səmimi qəlbdən təbrik edir: “İnternetdə saysız-hesabsız onlayn saytların meydana gəldiyi bir vaxtda böyük zəhmətin məhsulu kimi ərsəyə gələn AzVision.az - da bu yaşında artıq yeni bir sınaq dövrünə qədəm qoyur - bu gün İnternet yalnız yeni saytların yaranmasına təkan vermir, eyni zamanda oxucu cəlb etmək baxımından onlar üçün böyük bir rəqabət meydançasına çevrilir. İnanıram ki, rəqabətli informasiya bolluğu mühitində AzVision.az sürətli, operativ məlumatların verilməsi, hadisələrin, xəbərlərin qərəzsiz, obyektiv, şəffaf işıqlandırılması üçün bundan sonra da əlindən gələni edəcək. Bu şərəfli yolda baş redaktor Vüsal Məmmədov başda olmaqla, AzVision.az - ın yaradıcı kollektivinə böyük uğurlar arzulayıram!”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətiAzVision.az - ı belə təbrik edib:
“Sizin sayt jurnalistikanın dəyərli xüsusiyyətlərinə sadiq qalaraq öz dəstxəttinizi, pəşəkarlığını qoruyub saxlaya bilib. Sizə gələcək layihələrinizin həyata keçməsində, çiçəklənməsində və arzularınızın reallaşmasında uğurlar arzulayırıq”.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Elman Babayev AzVision.az internet media qurumunun 3 yaşının tamam olması münasibəti ilə hər birimizi səmimi qəlbdən təbrik edib:

“Ölkəmizdə son illərdə çoxsaylı media orqanlarının yaranmasına baxmayaraq, AzVision.az internet saytı onların sırasında özünü uğurla doğruldaraq, cəmiyyətin operativ və obyektiv informasiya təminatında öz dəyərli töhfəsini verir. Saytda təqdim olunan informasiyaların ictimai-siyasi baxımdan əhəmiyyətli və dolğun olması, qeyri-ciddi mövzuları deyil, hər kəs üçün aktual və önəmli məsələləri əhatə etməsi saytın qısa bir vaxtda geniş izləyici auditoriyası qazanmasına səbəb olub. Əminliklə vurğulamaq ki, özünəməxsus layihələri ilə fərqlənən AzVision.az internet saytı bu gün həmişə özünün obyektiv mövqeyi ilə seçilən və maraqla izlənən informasiya mənbələrindən birinə çevrilib. Bu mühüm nailiyyət isə saytda çalışan kollektivin milli mətbuat prinsiplərinə sadiqliyindən və jurnalist peşəkarlığından irəli gəlir. Sizi bir daha ürəkdən təbrik edirəm. Bu əlamətdar gününüzdə hər birinizə həm həyatda, həm də peşə fəaliyyətinizdə daim yeni-yeni həm həyatda, həm də peşə fəaliyyətinizdə daim yeni-yeni uğurlara imza atmağınızı arzu edirəm”.



`ASAN Xidmət` da AzVision.az-ın təbrik mesajlarına qoşulub. Agentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov saytımıza yaradıcılıq uğurları arzulayıb. Bütün `ASAN Xidmət` əməkdaşlarının da bu təbriklərə qoşulduğunu deyib.



Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Yaşar İsakov AzVision.az - ın Penitensiar xidmətin əməkdaşlıq etdiyi xəbər agentliklərindən hesab edir. O, deyir ki, AzVision.az baş verən hadisələrə hər zaman obyektiv, peşəkar və operativ yanaşması ilə seçilib. KİV sahəsində yeni olmasına baxmayaraq, qısa müddət ərzində özünəməxsus auditoriya qazanıb. Saytın bütün əməkdaşlarını təbrik edir, onlara hər zaman öndə olmağı arzulayıram.



Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu da Azvision.az saytında çalışan bütün dostlarını təbrik edib:
`Hər birinə uzun ömür, cansağlığı, xoşbəxtlik, çoxlu pul arzulayıram. Dostlar, sizin saytınızı müntəzəm izləyirəm və xəbərlərinizin operativliyi, dolğunluğu olduqca təqdirəlayiqdir. DSMF ilə əməkdaşlığınız da ən yüksək səviyyədədir, bizm müsabiqədə qalib olmağınız da bir daha peşəkarlığınızın əyani sübutudur.
Gün o gün olsun ki, 5, 10, 20... 100 yaşınızı qeyd edəsiniz!`



Mədəniyyət Turizim Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov AzVision.az -ı qısa və konkret təbrik edib. O, da bizi təbrik edərək uğurlar və yubleyimizi keçirməyi arzulayır.



Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və İctimai Əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli deyir ki, AzVision.az ən sıx əməkdaşlıq etdiyi kütləvi informasiya vasitələrindən birdir: “AzVision.az-ı mənim üçün dəyərli edən MSK-ya mətbuat katibi təyin olunandan sonra ilk açıqlamamı məhz bu sayta verməm olub. Bu baxımdan da AzVision.az mənim üçün dəyərlidir. Hesab edirəm ki, Azərbaycandakı internet resurslarının bolluğuna baxmayaraq, yarandığı 3 il ərzində AzVision.az özünü ilk sıralara çıxarmağı bacarıb. AzVision.az-ın baş redaktoru Vüsal Məmmədovu və kollektivin hər bir üzvünü 3 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, oxucu kütləniz daim artsın“.

Təbriklər davam edir...


Teqlər:  





Xəbər lenti