Bakıda keçiriləcək Avropa Qran-Prisinin günü təyin olundu
AzVision.az `f-1.az`-a istinadla bildirir ki, debüt Bakı Qran Prisi iyul ayından iyun ayına keçirilib - Bakı yarışı iyunun 19-da qəbul edəcək. Ən maraqlısı isə odur ki, həmin gün Avropada daha bir nəhəng avtomobil yarışının finişi gözlənilir - 24 saatlıq Le Man yarışının finişi ilə Avropa Qran Prisinin finişi üst-üstə düşməsin deyə, Bakıda yarışın startı xeyli irəli çəkiləcək.
Yay fasiləsinin də tarixi dəyişdirilib: Hokkenhaymda Almaniya Qran Prisi iyulun 31-nə, növbəti Belçika Qran Prisi isə avqustun 28-nə təyin olunub. Malayziya Qran Prisi oktyabrın 2-də baş tutacaq. Mövsüm Abu Dabidə noyabrın 27-də başa çatacaq...
2016-cı il mövsümünün təqvimi:
20 mart - Avstraliya Qran Prisi (Albert Park)
03 aprel - Bəhreyn Qran Prisi (Saxir)
17 aprel - Çin Qran Prisi (Şanxay)
01 may - Rusiya Qran Prisi (Soçi)
15 may - İspaniya Qran Prisi (Barselona)
29 may - Monako Qran Prisi (Monte Karlo)
12 iyun - Kanada Qran Prisi (Monreal)
19 iyun - Avropa Qran Prisi (Bakı)
03 iyul - Avstriya (Şpilberq)
10 iyul - Böyük Britaniya (Silverstoun)
24 iyul - Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul - Almaniya Qran Prisi ( (Hokkenhaym)
28 avqust - Belçika Qran Prisi (Spa)
04 sentyabr - İtaliya Qran Prisi (Montsa)
18 sentyabr - Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr - Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr - Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr - ABŞ Qran Prisi (Ostin)
06 noyabr - Meksika Qran Prisi (Mexiko)
13 noyabr - Braziliya Qran Prisi (San Paulu)
27 noyabr - Abu Dabi Qran Prisi (Yas Marina)
Teqlər: