İlham Əliyev Şimon Pereslə görüşüb
Görüşdə prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşlər xatırlanıb.
İsrailin sabiq prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.







Vaxtında, Aydın, Lazımlı!


