Baş nazir bu gün istefaya gedəcək

Baş nazir bu gün istefaya gedəcək
  17 İyun 2013    Oxunub:1137
Prokurorlar baş nazirin 7 yaxın tərəfdaşı haqqında ittihamlar irəli sürüblər
Çexiyanın baş naziri Petr Neças bu gün istefaya gedəcək. O, son həftələr ərzində ölkədə meydana gələn siyasi qalmaqalla əlaqədar işindən uzaqlaşır. Prokurorlar baş nazirin 7 yaxın tərəfdaşı haqqında ittihamlar irəli sürüblər. Araşdırmalardan məlum olur ki, onlar xidməti səlahiyətlərindən sui-istifadə edərək Neçasın keçmiş həyat yoldaşının izlənməsi üçün xüsusi xidmətin əməkdaşlarından istifadə ediblər. Ötən həftə məhkəmə nazirliyin bir neçə üzvünü, eləcə də baş nazirin aparat rəhbəri Yan Nadovu həbs etmək barədə qərar çıxarıb. Bundan başqa dövltə başçısı Miloş Zeman Nazirlər Kabinetini istefaya çağırıb.


Teqlər:  





Xəbər lenti