Qəbiristanlıqda qətl törədənlər həbs olunub

Qəbiristanlıqda qətl törədənlər həbs olunub
  17 İyun 2013    Oxunub:1128
Bakıda qəbiristanlıqda qətl törədən şəxslər həbs edilib.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də Abbas Abbasovu öldürüb, Şahid Kərimova isə xəsarət yetirib, hadisə yerindən qaçan Elzay Zeynalzadə, habelə hadisənin digər iştirakçısı, Bakı şəhər sakini Samir Zabitov tutularaq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, hadisə iyunun 14-də Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 6 ünvanında, keçmiş “Komsomol” dairəsinin yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.

1997-ci il təvəllüdlü Elzay Vaqif oğlu Zeynalov tanışı, 1995-ci il təvəllüdlü Nahid Qədir oğlu Kərimovu bıçaqlayıb, daha sonra isə həmyerlisi Abbas Abbasovu qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.(apa)


Teqlər:  





Xəbər lenti