Azərbaycanda ən çox maaşı kimlər alır?

Azərbaycanda ən çox maaşı kimlər alır?
  02 Oktyabr 2015    Oxunub:7215
Ən yüksək əmək haqqı olan sahələr məlum olub

Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2015-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 5,6 faiz artaraq 650,7 manat olub.

Komitədən onu da bildiriblər ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti