İlham Əliyev ən nüfuzlu müsəlmanlar siyahısında

İlham Əliyev ən nüfuzlu müsəlmanlar siyahısında
  02 Oktyabr 2015    Oxunub:4173
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısına daxil edilib.

AzVision.az "Report"a istinadən xəbər verir ki, ən nüfuzlu 500 müsəlmanın adı olan növbəti siyahı ("The Muslim 500-2016") Corctaundakı müsəlman-xristian Anlaşma Mərkəzinin dəstəyi ilə Əmmanın kral islam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunub.

Prezident İlham Əliyevlə yanaşı, ən nüfuzlu müsəlmanların reytinq siyahısına
Azərbaycandan Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə və xanəndə Alim Qasımov da daxil olub.

Eyni zamanda, "The Muslim 500-2016" siyahısına İordaniya kralı II Abdullah, Qahirənin "Əl-Əzhər" Universitetinin imamı Şeyx Əhməd Məhəmməd əl-Tayyib, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhammədov, Tacikistan prezidenti Emomali Rəhmon daxildir.

Qeyd edək ki, siyahı 2009-cu ildən başlayaraq hər il nəşr olunur.


Teqlər:  





Xəbər lenti