Cəbhədə qızğın döyüş: 2 erməni məhv edildi, xeyli yaralı var

Cəbhədə qızğın döyüş: 2 erməni məhv edildi, xeyli yaralı var
  02 Oktyabr 2015    Oxunub:4500
Düşmənin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

AzVision.az


Teqlər:  



Xəbər lenti