Napoleonun bugünkü teleqrafı – VİDEO

  17 İyun 2013    Oxunub : 733
Napoleonun bugünkü teleqrafı – VİDEO
Napoleon semaforu dünyanın ilk teleqraf şəbəkəsi olub. Şəbəkə XVIII əsrdə Fransada mesajların ötürülməsində mühüm rol oynayıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, hazırda həvəskar qrup Paris arxivindən tapdıqları xəritə ilə sistemi bərpa etməyə çalışırlar.

Kompüter, veb-kamera və telefondan qabaq “le systeme Chappe” olub. Həmin system XVIII əsrin sonunda Fransa boyunca öz texnoloji əhəmiyyətini göstərib. Buna görə də, o dünyanın ilk teleqraf sistemi adlanır. Sistemi fransız ixtiraçısı Klod Çappe kəşf edib. Sistem 5 min kilometrdən çox məsafəyə malik 534 məntəqəni birləşdirirdi. Parisdən göndərilən mesajlar ölkə hüdudlarına 2-4 saat ərzində çatırdı.



Lakin sistem uğurla fəaliyyət göstərməsinə baxmayaraq funksiyasını tez başa çatdırıb. 1840-50-ci illərdə elektron teleqraf kəşf olunduqdan sonra system yavaş-yavaş sıradan çıxmağa başlayıb. Elektron teleqrafda mesajlar dəmiryol xəttləri ilə ötürülürdü.



AzVision.az

Teqlər: