Avropannı ən böyük məscidini Azərbaycanlı milyarder tikdirib?
Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, milyarder Vaqif Məmişov hündürlüyü 46 metr olan məscidin tikintisinə xərclənən 170 milyon dolların bir miqdarını ödəyib.
Məbləğlə bağlı əlavə məlumat verilməsə də məscidin tikintisinə Vaqif Məmişovun böyük dəstək verdiyi deyilir.
Qeyd edək ki, sentyabrın 23-də Rusiya paytaxtında inşa edilən 10 min nəfərlik Mərkəzi məscidin təntənəli açılışı olub.
Mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər ilə yanaşı, Sankt-Peterburqda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin (ANKA) rəhbəri Vaqif Məmişov iştirak edib.
Xatırladaq ki, Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Gültəkin Ələsgər
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


