Avropannı ən böyük məscidini Azərbaycanlı milyarder tikdirib?

Avropannı ən böyük məscidini Azərbaycanlı milyarder tikdirib?
  02 Oktyabr 2015    Oxunub:8362
Moskvada yeni açılan Avropanın ən böyük məscidinin tikintisinə azərbaycanlı milyader maliyyə dəstəyi göstərib.
AzVision.az-ın əldə etdiyi məlumata görə, 19 min kvadratmetr sahəyə malik 3 mərtəbədən və iki minarədən ibarət olan məscidin tikintisi üçün Azərbaycanın Sankt- Peterburqdakı diasporu adından külli miqdarda vəsait ödənilib.

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, milyarder Vaqif Məmişov hündürlüyü 46 metr olan məscidin tikintisinə xərclənən 170 milyon dolların bir miqdarını ödəyib.

Məbləğlə bağlı əlavə məlumat verilməsə də məscidin tikintisinə Vaqif Məmişovun böyük dəstək verdiyi deyilir.

Qeyd edək ki, sentyabrın 23-də Rusiya paytaxtında inşa edilən 10 min nəfərlik Mərkəzi məscidin təntənəli açılışı olub.
Mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər ilə yanaşı, Sankt-Peterburqda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin (ANKA) rəhbəri Vaqif Məmişov iştirak edib.

Xatırladaq ki, Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti