Vasif Talıbov Heydər Əliyevdən yazdı

  Vasif Talıbov  Heydər Əliyevdən yazdı
  17 İyun 2013    Oxunub:10733
“Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini,saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi”.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu fikirləri öz facebook səhifəsində paylaşıb.

“ Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət etdi.Biz bu gün onun sayəsində bir çox problemlərdən qurtulmuş azad və müstəqil Azərbaycanda yaşayırıq,müasir Azərbaycan Heydər Əliyev kimi dahi bir şəxsiyyətin əsəridir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti