`Bu yalan xəbərlər kimin marağına xidmət edir?` – Millət vəkili
Bu sözlər millət vəkili, tanınmış telejurnalist Sahib Alıyevə aiddir. O, bildirb ki, əslində həmin təyyarələr Rusiyanın Suriyadakı hərbi bazasından qalxır. Oradakı azlıq etsə, Rusiyanın Ermənistandakı hərbi bazasında da onlarca təyyarə var, narahat olmayın onlardan faydalanacaqlar.
- Ona görə də bəziləri yaxşı olar kimlərinsə diqtəsilə bu məsələdə Azərbaycanın adını hallandırmasınlar. Bir azca vətənpərvər olsunlar. Gözlərini açıb yaxşı-yaxşı görsünlər ki, başında əmmaməli və yaxud da qalstuklu mollalar duran bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan Suriyadakı proseslərə məzhəb təəsübkeşliyi kimi primitiv baxış bucağından yanaşmır, bu cür çürük düşüncələrin əlində əsir deyil. Cənab İlham Əliyevin də bəyanatlarında dəfələlərlə vurğulanıb ki, Azərbaycanı narahat edən qərbdəki bəlli çevrələrin bu ölkəni, eləcə də Yaxın Şərqdəki bir çox dövlətləri xaosa sürükləyib oranın altını-üstünə çevirməsidir. Bizi narahat edən oradakı məzhəb daşıyıcılarından hansı birininsə güclənib-zəifləməsi deyil, bütövlükdə müsəlman ümmətinin başına açılan oyundur. Elə oyunun bu cür alınmasının kökündə də primitiv məzhəbçilik durmurmu?,- deyə millət vəkili vurğulayıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


