`Naxçıvana gedib-gələndə ölüb-dirilirik...` - Komitə sədri
Komitə sədrinin dediyinə görə, kənd təsərrüfatına bu həcmdə vəsaitin artırılması, həm də bu sahəyə sərmayə qoyulması deməkdir:
"Vəsait, sərmayə də o yerə ayrılır ki, oradan gəlir əldə edilir, inkişaf müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, həmin 10,2 milyon manat vəsait Azərbaycanın kənd təsərrüfatının inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək".
Bununla yanaşı, komitə sədri gələn ilin büdcəsində Naxçıvan Muxtar Respublikasına ayrılan subsidiyanın həcminin azaldılmasına öz narazılığını ifadə edib.
"Büdcədə Naxçıvana ayrılan subsidiyanın həcminin 15 milyon manat azaldılması nəzərdə tutulub. Bu, düzgün deyil. Mən demirəm ki, bu vəsaitin həcmini artıraq, heç olmasa, onu olduğu, 2015-ci ildə nəzərdə tutulduğu kimi saxlayaq. İnanın, Ziyafət müəllim də Allah şahiddir, biz hər dəfə Naxçıvana təyyarə ilə gedib-gələndə ölüb-dirilirik... Çünki Naxçıvan hava məkanından başqa yol yoxdur.
25 ildən çoxdur ki, Naxçıvanın Ermənistanın blokadasında yaşayır. Bu bölgənin insanları hamısı qəhrəmandır. Naxçıvanı başqa bölgələrlə eyniləşdirmək olmaz, oradakı vəziyyəti, insanları nəzərə almaq lazımdır. Düzdür, blokada şəraitinə baxmayaraq Naxçıvandakı inkişaf Azərbaycanın digər bölgələrindəki inkişafdan yüksəkdir, amma bununla belə, hər bir məsələni düzgün götür-qoy etmək lazımdır. Oraya ayrılan subsidiyanın həcmini azaltmaq düzgün deyil"-deyə, komitə sədri daha sonra sözlərinə əlavə edib.Naxçıvana gedib-gələndə ölüb-dirilirik...” (Qafqazinfo.az)







Vaxtında, Aydın, Lazımlı!


