«Sədərək» ticarət mərkəzindəki yanğın söndürülüb

«Sədərək» ticarət mərkəzindəki yanğın söndürülüb
  18 İyun 2013    Oxunub:1137
Sədərək Ticarət Mərkəzində gecə yarısı başlayan yanğın səhər saatlarında söndürülüb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, belə ki, Bakı şəhəri, Qaradağ rayonunda Sədərək Ticarət Mərkəzinin anbarlar sahəsində ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları (parfümeriya, malları, allışqanlar, uşaq oyuncaqları və s.) 1400 kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub.

Yanğın saat 06:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mirvari


Teqlər:  





Xəbər lenti