Sürücü, kolxoz sədri, alverçi... - Müğənnilərimizin keçmişi
Ağadadaş Ağayev əvvəllər müəllim işləyib. Cəlilabad rayon Hasıllı kənd orta məktəbində çalışan müğənni 30 ildən artıqdır sənətlə məşğuldur.
Brilliant Dadaşova keçmişdə oxumaqla yanaşı, musiqi alətlərində də ifa edib.
Baloğlan Əşrəfov müəllim olduğu dövrlərdə Masallı rayonu ərazisində taksi fəaliyyəti ilə də məşğul olub.
Sevda Yəhyayeva müğənni olana qədər piroq satıb və heç zaman bunu inkar etməyib.
Yalçın Rzazadə bir müddət kənd kolxozlarından birinin sədri olub.
Mətanət İsgəndərli həkim olmaq istəsə də, bu arzusuna çatmayıb. Paytaxtdakı xəstəxanalardan birində bufetdə çalışıb.
Ədalət Şükürov müğənniliyə başlayana qədər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb və burada rejissorluqla məşğul olub.
Xatirə İslam nə az-nə çox, düz beş il tibb bacısı olub. İxtisasca musiqiçi olsa da, müxtəlif xəstəxanalarda tibb bacısı olaraq çalışıb.
Elçin Cəfərov qardaşı İlkinlə birgə “Binə” Ticarət Mərkəzində geyim mallarının satışı ilə məşğul olub.
Nə qədər qəribə olsa da, müğənni İlhamə Qasımova müğəni olana qədər polis işləyib.