Atəşkəs 4 istiqamətdə pozulub

Atəşkəs 4 istiqamətdə pozulub
  18 İyun 2013    Oxunub:940
Erməni hərbi birləşmələri yenə də atəşkəsi pozublar.
Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az



Teqlər:





Xəbər lenti