Nazir Dünya Kubokunun finalında - FOTOLAR

Nazir Dünya Kubokunun finalında - FOTOLAR
  05 Oktyabr 2015    Oxunub:2010
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir. Bu gün final mərhələsinin dördüncü günündə Pyotr Svidler qara fiqurlarla Sergey Karyakinə qarşı mübarizə aparır.

Üç görüşdən sonra hesab Svidlerin xeyrinədir 2-1. Əgər bu gün Karyakin qalib gələrsə, Rusiya şahmatçıları Dünya Kubokunun sahibini tay-brekdə müəyyənləşdirəcəklər.

Dünya Kubokunun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bu gün gənclər və idman naziri Azad Rəhimov və FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kubokuna təşrif buyurublar. Ali şahmat qurumunun rəhbəri finalçılarla görüşərək onlara uğur arzulayıb. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlyumjinov yaradılan şəraiti yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Gənclər və idman naziri Azad Rəhimov FİDE prezidenti Kirsan İlyumjinov, eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

Qalereya




Teqlər:  



Xəbər lenti