Milyarder icra hakimiyyətini məhkəməyə verdi

Milyarder icra hakimiyyətini məhkəməyə verdi
  05 Oktyabr 2015    Oxunub:2931
“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
AzVision.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

“Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.


Teqlər:





Xəbər lenti