Maştağa sakini həmkəndlisini öldürdü

Maştağa sakini həmkəndlisini öldürdü
  05 Oktyabr 2015    Oxunub:1747
Sabunçu rayonunun Maştağa qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az - a verilən məlumata görə, oktyabrın 4-də Bakının Maştağa qəsəbəsi sakini 1970-ci il təvəllüdlü Hikmət Rəhimov həmkəndlisi, 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib və sonra könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:  



Xəbər lenti