Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq
  05 Oktyabr 2015    Oxunub:1330
Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən xəbərə görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə gecə və səhər bəzi yerlədə şimşək çaxacağı, arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-18 dərəcə isti olacaq.


Teqlər:  



Xəbər lenti