Azərbaycan “Apple”a qadağa qoyub? - Açıqlama

Azərbaycan “Apple”a qadağa qoyub? - Açıqlama
  05 Oktyabr 2015    Oxunub:3102
“Apple” şirkətinə məxsus məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyulması ilə bağlı yayılan xəbərlər yalnışdır.
Bu barədə AzVision.az- Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, heç bir məhsulun ölkəyə gətirilməsinə qadağa qoyulmayıb. Sadəcə telefonların gətirilməsi ilə bağlı müəyyən məhdudiyyət var: “Bu məhdudiyyət isə btün telefon markalarına aiddir. Yalnız “Apple” şirkətinin istehsalı olan telefonlarla bağlı deyil. Bir müddət əvvəl də deyildi ki, 6 ay ərzində bir nəfər sadəcə şəxsi istifadə üçün bir telefon gətiriliə bilər”.

Qeyd edək ki, mətbuatda “Apple” şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər yayılıb.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti