“ASAN FM” radiosunun rəhbəri bəlli oldu

“ASAN FM” radiosunun rəhbəri bəlli oldu
  05 Oktyabr 2015    Oxunub:3316
Teleaparıcı Emin Musəvi “ASAN FM” radiosunun rəhbəri vəzifəsinə təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə teleaparıcı sosial şəbəkədəki səhifəsində yazıb:

“Aldığım təklifə böyük məmnuniyyətlə razılıq verdim. Beləliklə, bundan sonra “ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacam. Hazırda texniki məsələlər üzərində iş gedir. “ASAN xidmət”in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, “ASAN FM”-də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər. Əminəm ki, “ASAN xidmət” kimi “ASAN FM” də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək”.

Qeyd edək ki, tanınmış aparıcı “Azad Azərbaycan” Teleradio Şirkətinin “106.3 FM” radiosunun rəhbəri olub.


Teqlər:



Xəbər lenti