Bakıda daha bir beynəlxalq konfrans öz işinə başladı

Bakıda daha bir beynəlxalq konfrans öz işinə başladı
  18 İyun 2013    Oxunub:1364
Bu gün Bakıda "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusunda Ombudsmanların 11-ci Bakı Beynəlxalq konfransı keçirilir.
AzVision.az xəbər verir ki, tədbir İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə təşkil edilib.

YUNESKO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox Ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya federasiyası və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.

İyunun 20-dək davam edəcək konfransda 18 may-18 iyun tarixlərində respublikada keçirilmiş ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq.

Konfransında açılışında çıxış edən edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, 18 iyun- Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Onun sözlərinə görə, bu günədək Ombudsmanların Bakıda təşkil olunmuş 10 beynəlxalq konfransında 40-dan çox ölkənin ombudsmanları və əməkdaşları iştirak edib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti