1054 nəfərin deputatlığa namizədliyi qeydə alındı

1054 nəfərin deputatlığa namizədliyi qeydə alındı
  05 Oktyabr 2015    Oxunub:1404
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib: “Onlardan 572-si siyasi partiyalar, 62-si “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1805 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.




Teqlər:



Xəbər lenti