“Azəryolservis”dən oğurluq edildi
Anoloji faktlar Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Mərdəkan yol qovşağınadək olan hissəsində də qeydə alınıb. Burada oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.
Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları götürülüb.
Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib. Faktla bağlı “Azəryolservis” rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində iş aparılır.