İtaliya Bakıda bu heyətlə oynayacaq

  05 Oktyabr 2015    Oxunub : 1304
İtaliya Bakıda bu heyətlə oynayacaq
Futbol üzrə İtaliya yığma komandasının baş məşqçisi Antonio Conte “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı oyun üçün heyəti açıqlayıb.
Heyətdə qapıçılar - Canluici Buffon (Yuventus), Salvatore Siriqu (PSJ), Daniel Padelli (Torino), müdafiəçilər - Davide Astori (Fiorentina), Andrea Barsali (Yuventus), Leonardo Bonuççi (Yuventus), Corcio Kyellini (Yuventus), Metteo Darmian (Mançester Yunayted), De Şilyo (Milan), Andrea Ranokkiya (İnter), Davide Santon (İnter), yarımmüdafiəçilər - Alessandro Florensi (Roma), Andera Bertolaççi (Milan), Rikardo Montolivo (Milan), Marko Parolo (Latsio), Lorenso İnsinye (Napoli), Andera Pirlo (Nyu-York Siti), Roberto Soriano (Sampdoriya), Antonio Kandreva (Latsio), Marko Verratti (PSJ), hücumçular - Dominiko Berardi (Sassuolo), Eder (Sampdoriya), El-Şaaravi (Monako), Sebastiyan Covinko (Toronto), Pelle (Sauthəmpton), Fabio Kvalyarella (Torino) və Simone Zaza (Yuventus) yer alıblar.

“Sassuolo”nun futbolçusu Dominiko Berardi ilk dəfə olaraq milliyə dəvət edilib. Bundan başqa, “Toronto”nun forvardı Sebastian Covinko da milliyə qayıdıb.

Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Teqlər: