Bakıda işıqforlar işləmədi - tıxac yarandı

Bakıda işıqforlar işləmədi - tıxac yarandı
  06 Oktyabr 2015    Oxunub:2134
Bakının bəzi küçələrində işıqforlarda problem yaranıb.
AzVision.az xəbər verir ki, paytaxtın Həsən Əliyev, Dilarə Əliyeva və bir neçə əsas küçəsində işıqforlar işləməyib.

Hərəkətin tənzimlənməsinə xidmət edən işıqforların işləməməsi avtomobillərin hərəkətində problem yaradıb. Yollarda maşınların nizamsız hərəkəti tıxaca səbəb olub.

DİN BDYPİ-nin “Siqnal” İdarəsinin növbətçisi isə bildirib ki, hazırda bütün əməkdaşlar ərazidədir. Odur ki, bəzi küçələrdə işıqforların hansı səbəbdən işləməməsini öyrənə bilmədik.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti