Cəmil Məlikov alternativlərdən danışdı
O bildirib ki, Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı və xarici bazarlara çıxmaq üçün bütün imkanları var. Hazırda respublikada yaşıl energetikanın inkişafı sahəsində fəal işlər aparılır. Eləcə də, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq üzrə də işlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda külək, günəş, habelə kiçik çayların imkanlarından istifadə etmək üçün imkanlar mövcuddur.
“Bu, öz növbəsində ölkədə bu sahədə mütəxəssislərin formalaşması üçün şərait yaradır ki, bu da həm ölkə daxilində yaşıl energetikanı inkişaf etdirməyə, həm də onun hüdudlarından kənara çıxmağa imkan verir” - deyə Cəmil Məlikov vurğulayıb.