Sərnişin sürücünü beşbarmaqla ölümünə döydü - Bakıda

Sərnişin sürücünü beşbarmaqla ölümünə döydü - Bakıda
  06 Oktyabr 2015    Oxunub:4928
Bakıda avtobus sürücüsü sərinişin tərəfindən döyülüb.
AzVision.az xəbər verir ki, 33 saylı marşrut avtobusunun sürücüsü Kamil İbrahimovla sərnişin arasında insident yaşanıb. Belə ki, dayanacaqdan kənar saxlamayacağını deyən sürücü əvəzində beşbarmaqdan zərbə alıb.

Sərnişin avtobus hərəkətdə olarkən dörd dəfə soyuq silahdan sürücünün baş nahiyəsinə zərbə endirib. Nəticədə qan içində olan Kamil İbrahimov digər sürücü yoldaşları tərəfindən 1 saylı şəhər Kliniki Tibb Mərkəzinə aparılıb. Sərnişin isə hadisə yerindən qaçıb. Kəllə-beyin travması alan sürücü Kamil İbrahimovun vəziyyəti ağırdır.

5-ci polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən həmin şəxsi axtarır.


Teqlər:  





Xəbər lenti