Parlamentin növbəti iclası keçirilir
İclasda iki ölkə arasında imzalanan sazişlərin təsdiqi, İnzibati Xətalar, Cinayət və Cəzaların İcrası Məcəllələrinə, eləcə də bir neçə qanun layihələrinə, o cümlədən "Dini etiqad azadlığı haqqında, "Kütləvi informasiya vasitələri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və bir neçə iqtisadi qanunlara dəyişikliklər edilməsi də nəzərdə tutulub.
İclasın gündəliyində həmçinin "Təhsil haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Yol hərəkəti haqqında", "Polis haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Milli arxiv fondu haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Mədəniyyət haqqında" qanun layihələrinə dəyişiklik edilməsi də yer alıb.
Anar Kəlbiyev