Sağ əlini başıma çək, şəhidim - VİDEO

Sağ əlini başıma çək, şəhidim - VİDEO
  18 İyun 2013    Oxunub:1733
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür.
2010-cu ilin bu günü, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşub. Mübariz səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Ölümündən sonra prezident İlham Əliyev Mübariz İbrahimovun "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi və "İgidliyə görə" medalı ilə təltif olunması barədə sərəncam imzalayıb.




Teqlər:





Xəbər lenti