Klinton: İsrail sülh bağlamalıdır

Klinton: İsrail sülh bağlamalıdır
  18 İyun 2013    Oxunub:1301
ABŞ-ın keçmiş prezidenti Bill Klinton İsraili sülh bağlamağa çağırıb.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, Klinton bildirib ki, İsrail yəhudi xalqı kimi və demokratik ölkə kimi yaşamaq istəyirsə, onda Fələstin ilə sülh bağlamalıdır. Çikaqoda keçirilən konfransda çıxış edən Klinton israillilərə xəbərdarlıq edib ki, yalnız sülhü qəbul etməklə ölkəni yaşatmaq olar. Klinton bu çıxışını saatlarla danışan israilli nazirdən sonra edib. Nazir İsrailin idarə etdiyi ərazilərdə fələstinlilərin dövlət yaratmasına imkan verməyəcəklərini söyləyib. Keçmiş ABŞ prezidenti İsraili yola gətirmək üçün tutarlı arqumentlər gətirib. Klintonun sözlərinə görə, İsrail idarəsi altında fələstinlilərin sayının artması yəhudi çoxluğuna zərbə vuracaq. Eyni zamanda, fələstinlilərə bərabər vətəndaş hüquqları verilməsə İsrail demokratik ölkə statusunu itirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti