“Yanğında ölən azyaşlıların sayı azalıb”

“Yanğında ölən azyaşlıların sayı azalıb”
  18 İyun 2013    Oxunub:1351
“Yaşayış sahəsində baş vermiş yanğınlar 119 hadisə və ya 14.6 faiz, digər obyekt və qurğularda baş vermiş yanğınların sayı 38 hadisə və ya 6.4 faiz, yanan tikili sahəsi isə 5952 kv.m azalıb”.
“2013-cü ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlara çıxışlara sayı 426 çıxış və ya 15,12 faiz, yüksək saylı çağırışla söndürülən yanğınların sayı 9 fakt və ya 60 faiz azalıb”.

AzVision.az xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə deyib. Onun sözlərinə görə, yaşayış sahəsində baş vermiş yanğınlar 119 hadisə və ya 14.6 faiz, digər obyekt və qurğularda baş vermiş yanğınların sayı 38 hadisə və ya 6.4 faiz, yanan tikili sahəsi isə 5952 kv.m azalıb.

“Yanğın yerində azyaşlıların həlak olması 3 fakt, yanğından xəsaət alan insanların sayı 6 fakt azalıb. : "Mühafizə olunan tikili sahəsi 21854 kvadrat metr, xilas olunan insanların sayı 7 nəfər, təxliyyə olunan insanların sayı 85 nəfər artıb. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınlarla bağlı bütün statistik nəticə və göstəricilər müsbət dinamika ilə yekunlaşıb. Bundan başqa, il ərzində yanğınlardan həlak olan insanların sayı ölkə əhalisinin hər 100 min nəfərinə Azərbaycanda orta hesabla 0,49 nəfər düşürsə, digər ölkələrdə bu göstərici 3,3-11,7 nəfər təşkil edir".

Nazir müavini onu da deyib ki, Avropa və Asiyanın inkişaf etmiş ölkələrində il ərzində hər min nəfərə düşən yanğınların sayı 1-6 təşkil edirsə, Azərbaycanda hər min nəfərə 0,55 yanğın düşür. F.Tağızadə həmçinin bildirib ki, sularda təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində son 3 il ərzində çimərlik ərazilərində suda batma halı qeydə alınmayıb.


Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti