Bir sinifdə 40 şagird necə oxuya bilər?
Qeyd edək ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilməlidir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə şagirdlərin sayı 20 nəfərdən az ola bilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva isə Trend-ə verdiyi açıqlamasında siniflərin 35-40 şagirddən ibarət formalaşmasının səbəbini Binəqədi qəsəbəsinin əhalisinin sayının artması ilə izah edib.
Onun sözlərinə görə, son illərdə Binəqədi qəsəbəsində əhalinin intensiv məskunlaşması nəticəsində burada yaşayanların sayı sürətlə artıb və müvafiq olaraq məktəbyaşlı uşaqların sayı da xeyli çoxalıb.
Binəqədi qəsəbəsinin demoqrafik vəziyyəti və burada başqa məktəbin olmaması nəzərə alaraq, məktəb yaşı çatmış uşaqların məktəbə qəbulundan imtina edilməyib.
A.Tairquliyeva bildirib ki, cari dərs ilinin əvvəlinə 182 nömrəli məktəbdə 11 komplekt 1-ci sinfin açılması planlaşdırılsa da, uşaq sayının artması ilə əlaqədar 17 komplekt 1-ci sinif açılıb.
Valideynlərin digər narazılığına – bəzi I sinif şagirdlərinin müəllimlərinin dəyişdirilməsinə, onların əvvəlcədən müəyyənləşdirilmiş müəllimin sinfinə deyil, yeni sinfə daxil edilməsi ilə bağlı şikayətlərinə gəldikdə isə, A.Tairquliyeva deyib ki, şagirdlərin müəllimləri əvvəlcədən müəyyənləşdirilə bilməz. Şagirdlərin siniflərdə komplektləşdirilməsi barədə məktəb direktorlarına 08.06.2015-ci il tarixdə müvafiq göstəriş verilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


