Yusif Bağırzadə AMİP-dən istefa verdi - Yenilənib

Yusif Bağırzadə AMİP-dən istefa verdi - Yenilənib
  07 Oktyabr 2015    Oxunub:2822
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.
Bu barədə AzVision.az-a Y.Bağırzadə özü məlumat verib.

O istefasına səbəb kimi səhhətində yaranan problemləri göstərib.

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov isə AzVision.az açıqlamasında deyib ki. Y. Bağırzadənin istefası partiya üzvləri üçün də gözlənilməz olub:

`Onunla 2 gün öncə görüşümüz olub. O zaman istefa verəcəyi ilə bağlı heç bir fikir bildirmədi. Doğrudur, onun müəyyən problemləri var idi. Xüsusən seçki ilə bağlı müəyyən narahatçılıqlar var idi. Ancaq, partiyamızın sədrinin qəfil istefası gözləniməz qərar idi`.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti