Monoloq sevənlərin `demokratik prinsipləri` - KARİKATURA

`Meydan TV` seçkiyə qatılan Müsavat ilə seçkini boykot edən AXCP-nin nümayəndələri arasında debat təşkil etmək istəyib. Kanalın əməkdaşı Natiq Cavadlının yazdığına görə, Arif Hacılını burtəhər razı salıblar. Amma qarşı tərəfdən Fuad Qəhrəmanlı günorta razılıq versə də, axşam müsavatçılarla debata çıxmaq istəmədiyini deyərək, imtina edib. O, ancaq müsahibə vermək istəyib.
Görün, iş nə yerdədirsə, hətta Meydan TV-nin əməkdaşı da etiraf edib: “Bizim hakimiyyətə iddialı müxalifətçilər monoloq öyrəniblər, istəyirlər ki, kimsə bunları dinləsin, əks fikir qarşısına çıxmasınlar. Əgər bu təfəkkürlə hakimiyyətə gələcəklərsə, vay bizim halımıza”.
Kirpi.info