Səlim Müslümov işdən çıxıb? - Yenilənib

Səlim Müslümov işdən çıxıb? - Yenilənib
  07 Oktyabr 2015    Oxunub:8376
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxdığı bildirilir.

Bu barədə AzVision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərdə iştirak edə bilmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb.

Məlumata görə, Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır.

***

Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Elman Babayev isə saytımıza açıqlamasında bu məlumatın yalnış olduğunu bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Səlim Müslümov hazırda universitetdəki vəzifəsində qalır, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti