`Özümü düzgün təqdim etmədim` - Açıqlama
AzVision.az-ın əməkdaşı ilə telefon danışığında Vəfa Nəcəfova özünü yeni kafedra müdiri kimi təqdim edərək yayılan xəbəri təsdiq edib.
Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Elman Babayev isə bu məlumatın yalnış olduğunu bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, Səlim Müslümov hazırda universitetdəki vəzifəsində qalır, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Nazirliyin reaksiyasından sonra Vəfa Nəcəfova AzVision.az-a telefon açaraq üzrxahlıq edib.
O, açıqlaması zamanı özünü düzgün təqdim etmədiyini etiraf edib: “Bayaq sizlə danışan zaman anlaşılmazlıq baş verdi. Mən özümü düzgün təqdim etmədim. Əslində kafedra müdiri deyiləm. Kafedra müdiri Səlim Müslümovdur. Mən onun müaviniyəm. Bayaq gərək özümü onun müavini kimi təqdim edərdim”.
Hafiz Əhmədov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


