`Universitet və xəstəxanalar özəlləşdirilməlidir`

`Universitet və xəstəxanalar özəlləşdirilməlidir`
  07 Oktyabr 2015    Oxunub:1497
Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib.

AzVision.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev dövlət universitetləri və xəstəxanalarının özəlləşdirilməsini təklif edib.

Deputat bildirib ki, bu təcrübə dünya ölkələrində tətbiq edilir və səmərəli nəticələr əldə olunur.

“Dövlət universitetləri və xəstəxanaları özəlləşdirilsə, bu dövlət büdcəsinə gəlir gətirər və eyni zamanda, dövlət büdcəsinin yükünü azaldar”-deyə Milli Məclisin üzvü vurğulayıb.




Teqlər:





Xəbər lenti