Vergi güzəştləri ləğv olunacaq - Samir Şərifov
Nazir bildirib ki, gələn il Dövlət Neft Fondundan büdcəyə 6 milyard manat vəsait transfer olunacaq.
“Neft gəlirlərinin azalması qeyri-neft sektorunun inkişafına təsir göstərəcək. Ümumiyyətlə gələn il bir neçə yenilik olacaq.Yeniliklərdən biri qeyri-neft sektorundan gəlirlərin artırılmasıdır. Digərləri isə vergi sahəsinə aiddir. Belə ki, gələn il vergi güzəştlərinə yenidən baxılacaq. Güzəştlər məhdudlaşdırılacaq və hətta ləğv olunacaq. Vergilərin sadələşdirilməsi istiqamətində işlər aparılacaq ki, bu da sahibkarlığın inkişafına şərait yaradacaq. Sahibkarlığın inkişafı isə dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


