Azərbaycana qar yağacaq - Xəbərdarlıq

Azərbaycana qar yağacaq - Xəbərdarlıq
  07 Oktyabr 2015    Oxunub:5281
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə oktyabrın 08-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 09-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 08-09-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 08-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 09-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.


Teqlər:  



Xəbər lenti