İlham Əliyev Putinin ad gününü təbrik etdi

İlham Əliyev Putinin ad gününü təbrik etdi
  07 Oktyabr 2015    Oxunub:1714
Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib.

AzVision.az xəbər verir ki, dövlət başçısı V. Putinə ad günü münasibətilə təbriklərini çatdırıb, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rusiya prezidenti göstərilən diqqətə və təbrikə görə İ. Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər


Teqlər:  



Xəbər lenti